EN

Müdafiə nazirinin müavinləri Gürcüstandadır

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri, baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirovun Gürcüstanda işgüzar səfəri davam edir.Müdafiə Nazirliyindən Olaylar.az-a bildirilib ki, nazirliyin rəhbər heyəti Tbilisi şəhərində yerləşən "Delta" Dövlət Hərbi Elmi-Texniki Mərkəzini ziyarət edib.Mərkəzdə keçirilən görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Chosen
142
12
olaylar.az

10Sources