EN

Elxan Abdullayev: “Elit-raunda vəsiqə qazanmaq istəyirik”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi Elxan Abdullayev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, o, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarla bağlı fikirlərini bildirib.

“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik. Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə – elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”, deyə Elxan Abdullayev bildirib.

Xatırladaq ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 millimiz noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

Chosen
131
11
arena.az

10Sources