EN

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub - FOTO

Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Meksikanın Qvadalaxara şəhərində keçirilən gənclər arasında dünya birinciliyində 5-ci yeri tutub.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından verilən məlumata görə, 109 kq çəki dərəcəsində mübarizə aparan idmançı 360 kq (164+196) nəticə göstərib.

Qeyd edək ki, dünya birinciliyində 70-ə yaxın ölkədən 310 (171 kişi və 139 qadın) atlet çıxış edib.

Chosen
245
8
oxu.az

10Sources