EN

Bərdədə yas mərasimində döşəmənin çökməsi nəticəsində 1 nəfər ölüb, 23-ü xəsarət alıb - Yenilənib

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib...Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.Əlavə məlumat veriləcək.***“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir.Poliqon.info

Chosen
449
6
poliqon.az

10Sources