Türkiyədə depozit faizlərində artım tempi davam edir.
Marja.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatına görə, 17 Noyabr həftəsində əmanətlərin əksəriyyətini təşkil edən 3 aya qədər müddətli əmanətlər üzrə orta faiz dərəcəsi 46,25%ə yüksəlib. Bu, son 20 ildə müddətli əmanətlər üzrə ən yüksək faiz dərəcəsidir.
2022-ci ildə əmanət faizləri 17 faizdən aşağı düşmüşdü.
Bank sektorundakı cəmi əmanətlər noyabrın 17-də bitən həftədə 354 milyard 355 milyon 133 min lirə artaraq 14 trilyon 715 milyard 813 milyon 970 min lirəyə çatıb.
Eyni dövrdə banklardakı Türk Lirəsindəki əmanətlər 3,7% artaraq 8 trilyon 435 milyard 499 milyon 811 min lirəyə, xarici valyutada əmanətlər isə 1,1% artaraq 5 trilyon 690 milyard 266 milyon 143 min lirəyə çatıb.
Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 5 bənd də artıraraq 35%-dən 40%-ə yüksəldib.
