Bakı. Trend:
Hindistanın Uttarkand əyalətinin kiçik Uttarkaşi şəhərindədağılmış yol tunelindən inşaatçıların xilas edilməsi əməliyyatı11-ci gündür ki, davam edir.
Trend xəbər verir ki, inşaatçılar inşa etdikləri 4,5 kilometrlikyeraltı tunelin bir hissəsinin sürüşmə nəticəsində uçmasından sonradağıntılar altında qalıblar. İnsident noyabrın 12-də baş verib.
Tikinti dağlıq ərazilərdə getdiyindən işçiləri tuneldən çıxarmaqçox çətindir.
Buna baxmayaraq, xilasedicilər kiçik diametrli boru vasitəsiləinşaatçılara oksigen verilməsini təmin edə biliblər. Noyabrın20-dən etibarən daha enli yeni boru vasitəsilə onlara isti yeməkverilməyə başlayıb. İşçilər qohumları ilə videozənglər vasitəsiləəlaqə saxlayırlar.
Xilasedicilər artıq 46 metr dərinliyə çatıblar. İnşaatçılarıxilas etmək üçün isə hələ 12 metr qalıb.