EN

Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edilib - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, yeni dəyişikliklərlər bunlardır:

  • Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
  • Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
  • 01.07.2017-ci ilədək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
  • Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa,  hesablamalar  aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
    Pensiya minimum məbləğə çatdırılacaq,
    Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
    Pensiya indeksləşdiriləcək.

Vətən Naminə Mətbuat Xidməti

Chosen
73
49
vetennamine.az

10Sources