EN

“Qarabağ” qalib gəldi - YENİLƏNİB

"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.   Manset.az xəbər verir ki, XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər. Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır. Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib. 20:27 Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub. Manset.az xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0. "Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 20:11 Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb. Manset.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0. "Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib. 19:51 Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.  Ağdam təmsilçisi hazırda hesabda öndədir - 1:0. "Köhlən atlar"ın heyətində 27-ci dəqiqədə Leandro Andrade fərqlənib. 19:33 Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub. 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb. "Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib. 19:00 Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.  "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.

Chosen
142
11
manset.az

10Sources