EN

İsrailin Qəzzada öldürdüyü jurnalistlərin sayı açıqlandı

İsrail Qəzzada jurnalistləri də hədəfə alıb. Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 66 jurnalist həyatını itirib.

Publika.az xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi İsrailin blokadada olan Qəzza zolağına hücumları zamanı həlak olan jurnalistlərlə bağlı məlumat verib.

Açıqlamada İsrailin hücumlarında 6-sı qadın olmaqla 66 jurnalistin öldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.

Birlik beynəlxalq insan haqları təşkilatlarını İsrailin jurnalistlərə qarşı qanun pozuntularını yaxından izləməyə çağırıb.

Fələstinin "WAFA" xəbər agentliyinin noyabrın 22-də dərc etdiyi xəbərdə İsrailin bombardmanı nəticəsində daha 2 jurnalistin öldüyü, İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumlarında həyatını itirən jurnalistlərin sayının 64-ə çatdığı qeyd olunmuşdu.

Chosen
553
18
publika.az

10Sources