EN

“Ermənistan siyasətini dəyişməsə, bundan sonra da oyuncaq dövlət olaraq qalacaq”

Prezident İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə Ermənistanla bağlı maraqlı fikirlər səsləndirib. Ermənistanın eyni vaxtda bir neçə ağaya xidmət etməyə çalışdığını bildirən dövlət başçısı, onun taleyinin xarici sponsorlardan asılı olduğunu bildirib.

 

Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev İrəvanın məlum siyasətinin Ermənistanı fəlakətə sürüklədiyini qeyd edib:

 

“İrəvan uzun illərdir ki, xaricdəki güc mərkəzlərinin göstərişi ilə hərəkət edir, onların tapşırıqlarını yerinə yetirir. Ermənistan hakimiyyəti hesab edir ki, müəyyən mərkəzlərin göstərişlərini itaətkarcasına icra etmək, onların məkirli planlarına alət olmaqla daha gözəl və təminatlı gələcəyə nail ola biləcək. Halbuki, Ermənistanın bugünkü durumu yürüdülən bu siyasətin nə qədər absurd və təhlükəli olduğunu göstərməkdədir.

 

Dövlət başçımızın da qeyd etdiyi kimi, Ermənistanın gələcəyi həqiqətən də bu ölkəyə sponsorluq edən, ianələr verən güc mərkəzlərindən asılıdır. Əgər İrəvan özündə güc tapıb azad, müstəqil siyasəti yürütməsə, Qərbdəki dairələrin təzyiqlərinə boyun əyməkdə davam etsə, o zaman oyuncaq dövlət olaraq qalacaq və daha böyük problemlərlə üzləşəcək”.

 

Seymur ƏLİYEV

 

Chosen
600
50
moderator.az

10Sources