Tanınmış hüquq müdafiəçisi, Müdafiə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərov barədə məhkəmə dörd aylıq həbs qətimkan tədbiri seçib.
Çərşənbə günü məhkəmə onun barəsində sağlamlığa qəsdən az ağır zərər vurma, dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və xuliqanlıq maddələri ilə cinayət içi açıb.
Rüfət Səıfərov ABŞ Dövlət Departamenti tərəfindən insan hüquqları sahəsində mükafata layiq görülüb. O, mükafatı almaq üçün ABŞ-a getməyə hazırlaşırmış.
Dekabrın 10-u mükafat ABŞ Dövlət katibi Antoni Blinken tərəfindən ona təqdim ediləcəkdi.
Azərbaycanda demokratiyanın vəziyyəti – 5 suala cavabda"Azərbaycanda insanlar azad deyil, həbsxanalar dolmaqda, seçkilər demokratik deyil", AŞPA-da tənqidAzərbaycan həbsxanalarında "işgəncə və qəddar rəftarla bağlı" AŞPA-da qətnamə qəbul olunub
Vəkili Bəhruz Bayramovun sözlərinə görə, Rüfət Səfərov həbsini siyasi sifariş hesab edir.
Cənab Səfərovun rəhbərlik etdiyi təşkilat Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə monitorinqlər aparıb, hesabatlar hazırlayıb, fəalların və jurnalistlərin müdafiəsinin təşkilində iştirak edib.
Bu, Rüfət Səfərovun ilk həbsi deyil. Onun daha əvvəlki həbsini də beynəlxalq təşkilatlar siyasi hesab edib.
Azərbaycan hökuməti isə ölkədə siyasi motivlə həbs edilənlərin olmadığını bildirir.
BBC News Azərbaycanca üçün videonu jurnalist Əminə Məmmədova hazırlayıb.
Videoya YouTube kanalımızda baxın.