EN

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri DƏYİŞDİ

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” qərarda dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri,yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Bizim.Media

Chosen
47
12
bizim.media

10Sources