EN

Təqaüdçülərə şad xəbər

Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.

News24.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək:

"İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək".


Chosen
104
7
news24.az

10Sources