EN

ABŞ-da 5.8 bal gücündə ZƏlZƏLƏ

ABŞ-ın Nevada ştatında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

 

Ekologiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələnin episentri 241 min nəfərin yaşadığı Rina şəhərindən 77 km cənub-şərqdə, 3 km dərinlikdə yerləşib.

 

Hazırda zəlzələnin təsirindən tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, tsunami təhlükəsi ilə bağlı xəbərdarlıqlar verilməyib.

Chosen
80
50
ekologiya.az

10Sources