EN

"Komandamın qələbəsində böyük pay sahibi olduğum üçün xoşbəxtəm" - Endryu Platek

"Mən xoşbəxtəm ki, biz bu görüşdə qələbə qazandıq. Buna baxmayaraq öz oyunumuz göstərə və potensialımızı tam olaraq sərgiləyə bilmədik. İlk hissədə yaxşı çıxış etməsək də lakin böyük fasilədən sonra toparlana bildik. Atışlarımız istədiyimiz qədər uğurlu deyildi. Ona görə də komanda olaraq bunun üçün daha da çox çalışmalıyıq". SİA xəbər verir ki, bu sözləri "Xəzri" komandasının ABŞ-li basketbolçusu Endryu Platek "Şəki" ilə görüşdən sonra klubun mətbuat xidmətinə müsahibəsi zamanı deyib.

"Şəxsi performansıma gəlincə isə matçın ən məhsuldar basketbolçusu olduğum üçün çox şadam. Komanda yoldaşlarım məni çox yaxşı nöqtələrdə topla təmin etdilər və mən də bu fürsətləri boşa vermədim. Bundan sonrakı qarşılaşmalarda da əlimdən gələni etməyə çalışacağam. Komandamın qələbəsində böyük pay sahibi olduğum üçün çox xoşbəxtəm",- deyə o əlavə edib.

Ləman Sərraf

Chosen
680
23
sia.az

10Sources