EN

Türkiyədə dəhşətli zəncirvari QƏZA: 50 maşın toqquşdu - YARALILAR VAR

Türkiyənin Van-Erciş avtomobil yolunda baş verən və təxminən 50 avtomobilin iştirak etdiyi iki ayrı zəncirvari qəza baş verib.

 

Sfera.az cnntürk-ə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2 nəfər həyatını itirib, 40-dan çox insan yaralanıb.

 

Qəzaya səbəb duman və yolların buz bağlaması olub. Bu səbəbdən 50-ə yaxın yük maşınları, mikroavtobuslar, pikaplar və minik avtomobillər toqquşub.

 

Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürən briqadaları göndərilib. Yaralılar Vanın müxtəlif xəstəxanalarına çatdırılıb.

 

Chosen
101
16
sfera.az

10Sources