EN

Bakıda nazirlərin üçtərəfli görüşü keçiriləcək

Bu gün Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Üçtərəfli görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlərin keçirilməsi planlaşdırılır”, - məlumatda qeyd edilib.

Chosen
157
15
manset.az

10Sources