EN

Macarıstanın Fransadakı səfirliyində partlayıcı qurğu axtarılır

Macarıstanın Parisdəki səfirliyinə içərisində terror aktı təhdidi və partlayıcı qurğunun fotoşəkli olan məktub daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində məlumat verib.

O, bildirib ki, Fransa hakimiyyəti hazırda səfirlikdə axtarış aparır. 

Nazir qeyd edib ki, macar diplomatları həyatları ilə bağlı daxil olan təhlükə barədə nazirliyə məlumat veriblər.

İlkin məlumatlara görə, təhdid məktubu qonşu ölkədən bir ünvandan gəlib. Hazırda Macarıstanın xüsusi xidmət orqanları qarşıdakı çətin dövrdə diplomatlarının təhlükəsizliyini təmin etmək üçün araşdırma aparır.

Əfsanə
Demokrat.az
Chosen
74
9
demokrat.az

10Sources