EN

Blinken Brüsseldə Ukraynanı müzakirə edəcək

27-29 noyabr tarixlərində ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə NATO Xarici İşlər Nazirlərinin Toplantısında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, iclas çərçivəsində NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk toplantısı da keçiriləcək.

 

"Blinken Rusiyanın təcavüzünə qarşı mübarizədə NATO-nun Ukraynaya sarsılmaz sadiqliyini vurğulayacaq, Qərbi Balkanlarda demokratiya və regional sabitliyə dəstəyi təkrarlayacaq və 2024-cü ilin iyulunda keçiriləcək Vaşinqton Sammitinin prioritetlərini müzakirə edəcək", - deyə qeyd olunub.

Chosen
533
15
modern.az

10Sources