EN

Bellinqem Ronaldonun "Real Madrid"dəki rekordunu qırdı

İspaniya nəhəngi "Real Madrid"in futbolçusu Cud Bellinqem daha bir rekorda imza atıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, buna "Kadiz"lə matçda (3:0) fərqlənməklə nail olub.

İngiltərəli futbolçu "Real"ın heyətində 14 matçda 15 qol vuran ilk futbolçudur.

Daha əvvəl bu rekord Kriştiano Ronaldo və argentinalı Alfredo Di Stefanoya məxsus idi.

Xatırladaq ki, Bellinqhem ötən yay transfer pəncərəsində Dortmund "Borussiya"sından "Real Madrid"ə transfer olmub. Onun "kral klubu" ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Chosen
499
1
baku.ws

10Sources