Son günlər İranın Azərbaycandakı təsir agentləri yenidən fəallaşıb. Rusiyanın tanınmış hərbi analitiki İqor Korotçenkonun APA-ya müsahibəsinə sosial şəbəkələrdə verilən reaksiyalar bunu deməyə əsas verir. Belə ki, analitik Suriyadakı hadisələrin benefisiarının ABŞ, Britaniya, Türkiyə və İsrail olduğunu bildirib: “Suriya məsələsində açıq-aydın məğlub olan tərəf isə İrandır. İran yaxşı başa düşür ki, növbə onundur”.
İran agenturası Suriya mövzusunda başlayan müzakirələrdə xüsusilə fəal çıxışlar edib. Bu, ölkənin təhlükəsizliyi üçün yeni təhdidlər yaradırmı? Növbəti həbslər ola bilərmi? Azərbaycanda İran tərəfdarları həqiqətən bu qədər çoxdur?
Paytaxt.org bildirir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, İran-Azərbaycan münasibətləri hər zaman müsbət olmayıb:
“İran ona qonşu olan Azərbaycana qarşı zaman-zaman qərəzli mövqelər sərgiləyib. Fars molla rejimi anti-Azərbaycan siyasəti aparıb. Birinci Qarabağ müharibəsi zamanı rəsmi Tehran düşmən Ermənistana həm maddi, həm də hərbi dəstək göstərib. İkinci Qarabağ müharibəsində də eyni ssenarinin şahidi olduq. Rəsmi İrəvana ötürülən silahlar İran üzərindən keçirildi. İran Füzuli, Cəbrayıl, Zəngilanla sərhədboyu ərazidə yerləşir. Həmin dövrdə Azərbaycandan kəşfiyyat məlumatları da İrəvana ötürülürdü.
Azərbaycan öz torpaqları üzərində suverenliyini bərpa etdikdən sonra gündəmdə olan məsələlərdən biri də məhz Zəngəzur dəhlizinin açılması idi. İran buna da mane oldu. Özünün qırmızı xətti adlandırdı. Digər tərəfdən səfirliyimizə qarşı həyata keçirilən terror aktı, səbəbkarların cəzalandırılması prosesinin tam icra edilməməsi və s. kimi məsələlər də var. Ümumiyyətlə, Azərbaycana qarşı rəsmi Tehranın mövqeyi hər zaman bəlli olub”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi ilə İranın ölkəmizə münasibəti daha da kəskinləşdi, aqressiv xarakter aldı:
