EN

Rusiyada səs-küylü istefa: FTX Hərbi əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxıb

General-polkovnik Nikolay Yuryev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Hərbi əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən istefa verib.

Bu barədə RBK-ya hüquq-mühafizə orqanlarındakı iki mənbə bildirib.

FTX-nın Hərbi əks-kəşfiyyat idarəsinin və qoşunların tərkibindəki təhlükəsizlik orqanlarının əsas vəzifələri xarici kəşfiyyat xidmətlərinin Rusiya Federasiyası Silahlı Qüvvələrinə qarşı istəklərini yatırmaq, təhlükəsizlik təhdidləri haqqında kəşfiyyat məlumatlarını əldə etmək, terrorçuluq və təxribat fəaliyyətlərinin qarşısını almaqdır. İdarə qoşunlara qarşı yönəldilmiş, o cümlədən dövlət sirri təşkil edən məlumatların mühafizəsini, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, qoşunlarda silah və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni təmin edir.

"Cebheinfo.az"

Chosen
45
4
cebheinfo.az

5Sources