EN

Keçmiş nazir müavininin polkovnik oğlu İŞDƏN ÇIXARILDI - FOTO

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

Titul.az bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.

Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.

Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Chosen
34
32
titul.az

10Sources