EN

Kəlbəcərdə avtomobil aşıb , ölən və xəsarət alan var

15:51 22.12.2024
15:51 22.12.2024

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az "Report"a istinadən xəbər verir ki, "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

Bundan başqa, sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Chosen
88
35
mynews.az

10Sources