EN

Elçin Məsiyev birinci kateqoriyaya yüksəldi

2021-ci ildən FIFA referisi kimi fəaliyyət göstərən Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyev birinci kateqoriyaya yüksəlib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

33 yaşlı referi beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə buna layiq görülüb. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Bununla Azərbaycan futbol tarixində ilk dəfə iki hakimimiz birinci kateqoriyada olacaq. Digər FIFA referisi Kamal Umudlu isə ikinci kateqoriyanı daşımaqda davam edəcək.

Qeyd edək ki, azərbaycanlı futzal referisi Hikmət Qafarlı da FIFA-da birinci kateqoriyaya yüksəlib.

Chosen
78
16
arena.az

10Sources