EN

Ermənilər indi nədən qorxuya düşdülər?

İrəvanda yeni isterikadır. Ermənistan hakimiyyəti, siyasidairələr və və onların media ruporları guya Azərbaycanın tərəfdəngələn təhlükə ilə bağlı panikanı yeni güclə artırır. Əsaskatalizatorlar bəzi deputatlar və siyasətçilərlə bahəm, politoloqAlen Gevondyan və keçmiş ombudsman Arman Tatoyanın bəyanatlarıolub. Onların ritorikası erməni elitalarının daxili və xaricisiyasətdə məqsədlərinə çatmaq üçün təhdid narrativindən istifadəcəhdlərini bir daha üzə çıxarır.

Alen Gevondyan News.am-a verdiyi müsahibədə Ermənistanın guyaərazi itkiləri ilə üzləşəcəyini iddia edib. O, "minimum plan" və"maksimum plan"ı təsvir edərək Bakı tərəfindən yalnız Zəngəzurdəhlizinin reallaşdırılmasına deyil, həm də bütün Sünik bölgəsininanneksiyasına yönələcəyini iddia edib.

Faktiki əsasdan məhrum olan bu cür bəyanatlar vəziyyətinobyektiv analizindən çox, daxili qorxuları qızışdırmağayönəlib.

Arman Tatoyan daha da irəli gedərək, Azərbaycanın guya "QərbiAzərbaycan" konsepsiyası adı altında Ermənistan ərazilərinə özxüsusi xidmət orqanlarının agentlərini yerləşdirməklə"genişmiqyaslı əməliyyat" hazırladığını bildirib.

Onun sözlərinə görə, sən demə, Bakı "erməni dövlətçiliyini məhvetmək" məqsədini güdür. Belə marazmatik ritorika təkcə təxribatxarakterli deyil, həm də ictimai rəyi manipulyasiya etməyə yönəlib,xüsusilə də Azərbaycanın hər hansı bir addımını təhdid prizmindənqəbul etməyə meylli olan insanlar arasında.

"Yaxınlaşan təhlükə" ilə bağlı bəyanatlar havadan yaranmır.Onlar erməni elitalarının ictimai rəyə nəzarəti saxlamaq və həmölkə daxilində, həm də beynəlxalq arenada mövqelərini gücləndirməkcəhdlərinin tərkib hissəsidir.

Azərbaycandan məcburi köçkün düşmüş 300 min azərbaycanlınınhüquqları məsələsi Ermənistan üçün ağrılı mövzuya çevrilib.Prezident İlham Əliyev dəfələrlə bu məsələni gündəmə gətirərək,etnik təmizləmə faktlarının unudulmayacağını vurğulayıb. "QərbiAzərbaycan" icmasının fəaliyyəti Azərbaycanın vətəndaşdiplomatiyasında əsas alətlərdən birinə çevrilir.

Oktyabr ayında icma sədri Əziz Ələkbərli bəyan edib ki, Bakıqisas deyil, hüquqlarının bərpasını tələb edir və beynəlxalqictimaiyyət bu məsələdən xəbərdar olmalıdır.

Ermənistanda bu aktivlik tarixi ədalətsizliklər barədənarahatlığı artırır.

Antitürk ritorika isə Ermənistanın siyasi kursunda mühüm elementolaraq qalır. "Təhdid" ətrafında yaranan panika Nikol Paşinyanınhökumətinə qarşı tənqidlərə, müxalifət qüvvələrininkonsolidasiyasına və beynəlxalq dəstəyin cəlb olunmasına şəraityaradır. Ermənistanda baş verən son hadisələr Azərbaycanın vəErmənistanın sülh sazişi üzrə 17 bənddən 15-də razılıq əldəetməsini göstərir.

Avropa və ABŞ isə tərəfləri kompromisə çağırır və bütün etnikqrupların hüquqlarının təmin olunmasının vacibliyini vurğulayır.Ermənistan daxilində müxalifətin təzyiqləri artır və mitinqlər"milli maraqların xəyanəti" ittihamlarına əsaslanır. Azərbaycanıntələbləri beynəlxalq birliyin də dəstəyi ilə getdikcə daha güclürezonans doğurur. Bu şəraitdə Ermənistan cəmiyyətini manipulyasiyaetmək cəhdləri təhlükənin mövcud olmadığı şəraitdə də davamedir.

Bugünkü erməni dairələrindəki panika təkcə xarici çağırışlaraemosional reaksiya deyil, həm də siyasi mübarizə vasitəsidir.

Gevondyan və Tatoyanın bəyanatları daxili müxalifəti səfərbəretmək, beynəlxalq diqqəti cəlb etmək və Ermənistanın geosiyasimövqelərini möhkəmləndirmək kimi konkret məqsədlərə xidmət edir.Lakin Azərbaycan beynəlxalq hüquq və qanuni tələblərinə əsaslanaraqardıcıl və məqsədyönlü siyasət yürüdür.

Ermənistan isə destruktiv ritorikada israr edir ki, bu dauzunmüddətli perspektivdə onu daha böyük təcrid vəziyyətinə gətiribçıxaracaq. İrəvan üçün yeganə konstruktiv yol reallığı qəbuletməkdən və manipulyasiyadan əl çəkməkdən ibarətdir, çünki bu cüryanaşmalar münaqişəni daha da dərinləşdirir.

Ermənistan üçün Azərbaycanın guya "təhdid" yaratdığı ilə bağlıgərginliyin artırılması daxili və xarici üstünlüklər əldə etməküçün effektiv bir vasitəyə çevrilib. "Təcavüz qurbanı" obrazındanistifadə edən İrəvan həm beynəlxalq ictimaiyyətin, həm də tarixiyaddaşın üzərində oynayaraq mövqelərini gücləndirməyə çalışır.

Ermənistan "ərazi bütövlüyünə təhdid" ritorikasını aktiv şəkildəistifadə edərək Fransa və Hindistan kimi ölkələrlə hərbi-texnikiəməkdaşlığı genişləndirir. Belə ki, Fransa Cənubi Qafqazdamövqelərini gücləndirmək siyasətinə uyğun olaraq Ermənistanakəşfiyyat və texniki dəstək göstərməkdə davam edir. Hindistan isəAzərbaycanın və Türkiyənin regional təsirini zəiflətmək məqsədiləErmənistana raket sistemləri və artilleriya daxil olmaqla silahtədarükünü artırıb.

Bəhs etdiyimiz münasibətlər "gələn təcavüz" ritorikasınındavamlı olaraq şişirdilməsi fonunda, Ermənistana hərbi xərcləriartırmağa və yeni silah tədarükünü əsaslandırmağa imkanyaradır.

Xarici ölkələrdəki erməni diasporası "Azərbaycanın təcavüzü"narrativini fəal şəkildə irəli sürür. ABŞ, Fransa və KanadadaErmənistanın maraqlarını lobbiləşdirirlər. Azərbaycan "təcavüzünə"diqqət çəkmək məqsədilə media və sosial şəbəkələrdə kampaniyalartəşkil edirlər.

Diaspora iqtisadi yardımları cəlb etmək və beynəlxalq dəstəyikonsolidasiya etmək üçün əsas mexanizm kimi çıxış edir ki, bu daartan təcrid şəraitində Ermənistan üçün xüsusi əhəmiyyət kəsbedir.

Avropadakı tarixi türkofobiya da hazırda Ermənistanın lehinəişləyir. Xüsusilə Fransa kimi bir çox Aİ ölkəsi İrəvanınritorikasını dəstəkləməyə meyllidir. Bu, Ermənistana AvropaParlamenti kimi beynəlxalq təşkilatlarda mövqelərini gücləndirməyə,həmçinin demokratiya və insan hüquqları sahəsində "Qərbdəyərləri"ni vurğulamaqla özünü regionda xristianlığın "son qalası"kimi təqdim etməyə imkan verir.

Məzkur strategiya İrəvana Aİ-dən gələn daxili siyasəttənqidlərini minimallaşdırmağa və diqqəti "xarici təhlükəyə"yönəltməyə şərait yaradır.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və özgeosiyasi mövqelərini gücləndirmək üçün təxribat xarakterli vəmanipulyasiyaedici ritorikadan istifadə etməsi aydındır. Lakin buyanaşma davam etdikcə, Ermənistan daha dərin problemlərlə üzləşməkriskini artırır. Azərbaycanın isə reallığı və beynəlxalq hüquqprinsiplərini əsas götürən mövqeyi daha güclü və davamlıperspektivlər vəd edir.

Bu arada Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi üzrədanışıqlar kritik mərhələyə çatıb. Tərəflər sənədin 17 maddəsindən15-ni razılaşdırsa da, qalan iki maddə Ermənistanınkonstitusiyasında ciddi dəyişikliklər tələb edir.

Həmin maddələr 1980-ci illərin sonlarında Ermənistandan qovulmuşazərbaycanlıların hüquqlarının təmin edilməsini və Zəngəzur dəhliziilə bağlı maddələrin həyata keçirilməsi mexanizmlərininyaradılmasını əhatə edir. Nikol Paşinyan üçün sülh müqaviləsininimzalanması onun siyasi gələcəyini müəyyən edəcək əsas vəzifədir.Bununla belə, müxalifət qüvvələri müqavilənin imzalanmasınınqarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir.

Ermənistan müxalifəti başa düşür ki, sülh müqaviləsininimzalanması Paşinyanın mövqelərini möhkəmləndirəcək və onlarınhakimiyyətə qayıtmaq şanslarını minimuma endirəcək. Bu səbəbdənmüxalifət öz strategiyasını nəzarətində olan media vasitəsilə"milli maraqların xəyanəti" və "ərazi güzəştləri" barədə şayiələryaymaq, müqaviləyə qarşı kütləvi etiraz aksiyalarını təşkil etməkvə parlamentdə konstitusiya dəyişikliklərinin qarşısını almaq üçünblokadalar yaratmaq üzərində qurur.

Əgər müxalifət bu cəhdlərdə uğur qazansa, bu, Ermənistandaxilində daxili siyasi böhranı dərinləşdirə bilər və ölkəninbeynəlxalq reputasiyasına ciddi zərbə vura bilər. Əgər danışıqlarçıxılmaz vəziyyətə düşərsə, radikal erməni qüvvələri hərbieskalasiya təşəbbüsündə ola bilər. Bu, sərhəddə təxribatlar,atəşkəs pozuntuları və ya digər insidentlər şəklində özünü göstərəbilər. Azərbaycanın cavab tədbirləri isə hər hansı destabilizasiyacəhdlərini dərhal önləmək istiqamətində olacaq, çünki Azərbaycanınordusu regionda ən güclü hərbi qüvvələrdən biridir.

Hərbi münaqişə Ermənistan üçün dağıdıcı nəticələrə, o cümlədəninfrastrukturların məhv edilməsinə, beynəlxalq dəstəyinitirilməsinə və iqtisadi zəifliyə səbəb ola bilər.

Hərgah Paşinyan daxili müqaviməti dəf edərək sülh müqaviləsiniimzalasa, Ermənistan üçün geniş iqtisadi faydalar, Zəngəzur dəhlizivə nəqliyyat kommunikasiyalarının açılması nəticəsində ticarətimkanlarının genişlənməsi, Azərbaycan və Türkiyə ilə əlaqələrinnormallaşdırılması ilə regional sabitliyin təmin olunması və Avropaİttifaqı və ABŞ-dən etimadın artırılması kimi üstünlüklər təminoluna bilər.

Bununla belə, bu ssenarinin həyata keçirilməsi böyük siyasiiradə, kompromislərə hazır olmaq və xarici təhdid ritorikasınıazaltmağı tələb edir.

Ermənistanın hazırkı vəziyyəti iki seçim arasındadır: münaqişənidaha da dərinləşdirməklə ölkəni təcridə sürükləmək və yakonstruktiv həll yolu ilə yeni perspektivlər açmaq. Ermənistanınsiyasi dairələri manipulyasiya və təhdid ritorikasından imtinaedərək kompromisin vacibliyini anlamalıdır.

Yalnız sülh və dialoq vasitəsilə təcriddən qaçmaq və xalq üçündayanıqlı gələcəyi təmin etmək mümkündür.

Ermənistanın gələcək inkişafının təməlində sülh durur və bu,keçmişin dağıdıcı illüziyalarından imtina etməyi tələb edir.

Chosen
194
9
az.trend.az

10Sources