EN

Vladimir Putin yenidən İlham Əliyevə zəng etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Doğru.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı dövlət başçıları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdiriblər.

Qeyd edək ki, dekabrın 28-də tərəflər arasında telefon danışığı baş tutmuşdu.

DOĞRU.AZ

Chosen
139
22
dogru.az

10Sources