Aktaudakı təyyarə qəzasında xəsarət alan və Qazaxıstanda xəstəxanada müalicə olunan 3 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.
"Cebheinfo.az"ın məlumatına görə, onların digər yaralılar kimi "Yeni Klinika"ya yerləşdiriləcəyi gözlənilir.
Bununla da kənar müdaxilə nəticəsində AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan bütün Azərbaycan vətəndaşları Vətənə gətiriləcək.
Qeyd edək ki, bundan əvvəl 14 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
"Cebheinfo.az"