EN

Aktaudan Bakıya gətirilən 3 yaralının vəziyyəti ağır və stabildir - Teymur Musayev

Bakı. Trend:

Dekabrn 25-də “Azərbaycan Hava Yolların”a məxsus təyyarəninAktau yaxınlığında qəzaya uğraması nəticəsində 17 Azərbaycanvətəndaşı yaralanmışdı. Onlardan 3-nün bugünədək Qazaxstandamüalicələri davam edirdi.

Trend xəbər verir ki, bubarədə bu gün “Yeni Klinika”da jurnalistlərə açıqlamasında səhiyyənaziri Teymur Musayev deyib.

O qeyd edib ki, sözügedən 3 yaralının bu gün Bakıya təxliyyəməsələsi müzakirə olunmuşdu.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göstəriş verildivə 2 xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollandı. Beləki, hazırda həmin 3 vətəndaşımız Bakıya gətirilib və müalicələrini“Yeni Klinika”nın reanimasiya şöbəsində davam etdirirlər. Hamsınınvəziyyəti ağır və stabildir.

Ümidvarıq ki, peşəkar tibbi heyət onları tezliklə müsbətdinamikaya doğru apararaq sağlamlıqlarına qovuşduracaq”,- deyənazir bildirib.

Qeyd edək ki, dekabrın 28-dən 29-na keçən gecə “Azərbaycan HavaYolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzayauğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqorKşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva)və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Daha öncə, bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14nəfər Bakıya gətirilib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisənəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Chosen
150
49
az.trend.az

10Sources