EN

AZAL Bakı–Kazan reysinin təhlükə ilə üzləşməsi barədə məlumata münasibət bildirib

AZAL

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.
Chosen
100
12
reyting.az

10Sources