EN

Estoniya da Rusiya ilə sərhədini bağlaya bilər

Estoniya hakimiyyəti Rusiya ilə sərhədin bağlanma ehtimalını etiraf edib.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Baltikyanı ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna bildirib.Nazirin sözlərinə görə, Tallin lazım gələrsə, bu addımı atmağa hazırdır. “Finlandiyanı dəstəkləmək lazımdırsa, biz bunu müzakirə edəcəyik”, - XİN rəhbəri əlavə edib. Noyabrın əvvəlində Estoniyanın daxili işlər naziri Lauri Länemets bildirmişdi ki, ölkə Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa tələsmir, çünki Estoniya sərhədində miqrasiya təzyiqi hələ bunu tələb etmir. Onun sözlərinə görə, respublika bunu təkcə “fəaliyyətini göstərmək üçün və ya imici naminə” etməyəcək.ElcanMissiya.Az

Chosen
772
19
missiya.az

10Sources