İsrail qüvvələri 2 fələstinli uşağı öldürüb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 2 uşağı öldürüb.
Sonxeber.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələri tərəfindən öldürülən uşaqlardan birinin 9 yaşında olduğunu açıqlayıb.