EN

Estoniya Rusiya ilə sərhədini bağlamağa hazırlaşır – Bu səbəbdən

Tallin administrasiyası Rusiyanın immiqrantlara qarşı “hibrid hücum” etdiyini iddia edib.  Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiyadan sonra Estoniya da Rusiya ilə sərhədi bağlamağa hazır olduğunu açıqlayıb.Xarici işlər naziri Marqus Tsahkna Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Estoniyanın mövqeyini çatdırıb.Tallin administrasiyası immiqrantlarla bağlı vəziyyəti “hibrid hücum” kimi xarakterizə edib.Tsahkna Rusiya-Finlandiya sərhədindəki vəziyyəti gündəmə gətirərək, baş verənləri "Rusiyanın narahatçılıq və qeyri-sabitlik yaratmağa yönəlmiş açıq-aşkar hibrid hücumu" kimi qiymətləndirib.Estoniyalı nazir Rusiya ilə sərhədi bağlamağa və özünü “istənilən hibrid hücumdan” qorumağa hazır olduğunu vurğulayıb.Digər ölkələrin, eləcə də Estoniyanın nazirləri Finlandiya ilə həmrəy olduqlarını bildiriblər və lazım gələrsə, “kömək etməyə” hazır olduqlarını bəyan ediblər.Qeyd edək ki, Rusiyadan mühacir axını yaşadığını deyən Finlandiya sərhədi iki həftə müddətinə bağlamaq qərarına gəlib. Aralarında Keniya, Mərakeş, Pakistan, Somali, Suriya və Yəmən də daxil olmaqla müxtəlif ölkələrdən 900-ə yaxın qaçqının bu ay Rusiyadan Finlandiyaya daxil olduğunu bildirib. Kremlin bəyanatında “Bu cür fəaliyyətlər, əksinə, Rusiya üçün təhlükə yaradır və gərginliyə səbəb ola bilər”, - deyib.  

 

Chosen
912
2
manset.az

10Sources