EN

Könüllülərin iştirakı ilə Müşfiqabadda ağacəkmə aksiyası keçirilib - Vətən Naminə

">

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının 100-dən çox könüllüsünün iştirakı ilə Müşfiqabad qəsəbəsində zeytun, sərv və Eldar şamı ağacları əkilib.

Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Chosen
162
1
vetennamine.az

2Sources