Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhərbəzi yerlərdə arabir duman, az çiskin. Şimal-qərb küləyi gündüzcənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq.Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununaenəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14°isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.