EN

HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib

HAMAS-ın azad etdiyi 3 girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.

Ölkə.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, üç israill girov - Or Levi, Eli Şərabi və Ohad Ben Amin 491 gün əsirlikdə qaldıqdan sonra azad edilib.

Razılaşmaya görə, İsrail də öz növbəsində 183 fələstinli məhbusu azad edəcək.

Bu, yanvarın 19-da İsrail-HAMAS arasında atəşkəsin əldə olunmasından bəri girov və məhbus mübadiləsinin beşinci raundudur.

Chosen
306
50
olke.az

10Sources