EN

AMFA sədri: Mikromaliyyə sektoru 2025-ci ildə daha da böyüyəcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsi qaydalarına edilən dəyişikliklər Azərbaycanda yeni maliyyə məhsullarının inkişafına şərait yaradacaq.

"APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda deyib.

Onun sözlərinə görə, BOKT-ların aktivləri 2024-cü ilin sonuna 1 milyard manata çatıb ki, bu da 2020-ci illə müqayisədə 3 dəfədən çox, keçən illə müqayisədə isə 24% çoxdur.

O qeyd edib ki, Mərkəzi Bankın kredit təşkilatlarının inkişafının dəstəklənməsinə yönəlmiş yeni qaydaları sayəsində 2025-ci ildə daha da artım gözlənilir. Bundan əlavə, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata yüksəlib. Sektorun xalis mənfəəti 231 milyon manat, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb.


“BOKT-ların fəaliyyətinin tənzimlənməsində dəyişikliklər maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsində, əlavə xidmətlərin göstərilməsi üçün yeni imkanların açılmasında və innovativ kredit məhsullarının inkişafında mühüm rol oynayacaq”, - deyə C.Əliyev vurğulayıb

Chosen
92
1
apa.az

2Sources