EN

Azərbaycan nefti bahalaşıb - Qiymət

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları, yaxud 1,21 % artaraq 85,59 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib.

Chosen
824
49
azpost.info

10Sources