EN

DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə başlayır

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış daha bir epizod üzrə məhkəmə araşdırmasına start verilir.

“Qafqazinfo”nun məlumatına görə, bu dəfə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu mühakimə ediləcək.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.

İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib.

Chosen
234
41
aznews.az

10Sources