EN

Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitində ciddi çağırış və təhdidlərlə üzləşir - Tənzilə Narbayeva

Bakı. Trend:

Plenar iclasın mövzusu bütün iştirakçılar üçün son dərəcəaktualdır. Bu gün ölkələrimiz qlobal qeyri-sabitlik şəraitindəciddi çağırış və təhdidlərlə üzləşir. Bu problemlərin effektivhəlli regional əməkdaşlığın və qarşılıqlı dəstəyingücləndirilməsini tələb edir.

Trend xəbərverir ki, bunu Özbəkistan Ali Məclis Senatının sədri TənziləNarbayeva Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA)15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.

Özbəkistan Ali Məclis Senatının sədri qeyd edib ki, MərkəziAsiyada inteqrasiya proseslərinə xüsusi diqqət yetirilir. Buproseslər təkcə regionda deyil, bütövlükdə dünyada sülhün vəsabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Tənzilə Narbayeva bildirib ki, Özbəkistanın təşəbbüsü iləaprelin 5-9-da Daşkənddə Parlamentlərarası Birliyin 150-ci YubileyAssambleyası keçiriləcək. O, fürsətdən istifadə edərək, bütünhəmkarlarını bu əlamətdar parlament tədbirinə dəvət edib. Senatsədri əmin olduğunu bildirib ki, Daşkənd Assambleyası ölkələrimizindavamlı inkişafının təmin edilməsində parlamentlərin rolunungücləndirilməsinə mühüm töhfə verəcək.

“Biz hesab edirik ki, təşkilatımız çərçivəsində siyasi vətəhlükəsizlik məsələləri üzrə sistemli dialoqu davam etdirmək vəümumi maraqlarımıza əsaslanan beynəlxalq problemlər üzrə vahid vəaydın mövqeyi fəal şəkildə təbliğ etmək məqsədəuyğundur.

Parlament diplomatiyası dövlətlər arasında etimadınmöhkəmləndirilməsinin əsas mexanizmlərindən biri kimi münaqişələrinqarşısının alınmasında mühüm rol oynamalıdır. Eyni zamanda,parlamentlər yüksək səviyyədə əldə edilmiş razılaşmaların səmərəlihəyata keçirilməsi üçün hüquqi çərçivə yaratmalı və qanunvericiliktəcrübəsi mübadiləsində fəal iştirak etməlidirlər”, – deyə TənziləNarbayeva əlavə edib.

Chosen
180
3
az.trend.az

4Sources