Rusiya ordusu Kursk vilayətində dövlət sərhədini keçərək Ukrayna ərazisinə daxil olub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bir saat əvvəl Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Ukrayna ilə dövlət sərhədini keçməsi barədə ona məruzə olunub.