EN

Təcili Xəbər! Erməni hərbiçiləri bu istiqamətdəki mövqelərimizə iriçaplı atıcı silahlarla HÜCUMA KEÇDİ - RƏSMİ

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.

Paytaxt.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Chosen
212
paytaxt.org

1Sources