EN

Azərbaycan xam nefti xaricə neçəyə satır? - QİYMƏTLƏR

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycandan xaricə 3,5 milyon tonmiqdarında, 1,9 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend-inDövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığıhesablamalara görə, bu göstəricilər ötən ilin ilk ayı iləmüqayisədə miqdar ifadəsi ilə 2 milyon ton və ya 2,4 dəfə, dəyərifadəsi ilə 1 milyard ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycandan xaricə 1,5milyon ton miqdarında, 863 milyon ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.

Bu dövrdə ən çox neft İtaliyaya satılıb. Bu ölkəyə 1,7 milyonton miqdarında, 932 milyon ABŞ dolları dəyərində neft ixrac edilib.İxrac edilən neftin bir tonu üçün orta qiyməti 552,6 ABŞ dollarıolub.

Ən az və ən ucuz xam neft isə 8,6 min ton miqdarında, 8,2 milyonABŞ dolları dəyərində Türkiyəyə satılıb. Türkiyəyə ixrac edilənbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının birtonu üçün orta qiyməti 489,4 ABŞ dolları təşkil edib.

Ən bahalı neft satılan ölkə Rumıniya olub. Ötən ay bu ölkəyə184,5 min ton miqdarında, 105 milyon ABŞ dolları dəyərində bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.Satılan neftin bir tonu üçün orta qiymət 568 ABŞ dolları olub.

Azərbaycandan bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsulları ixrac edilən ölkələr və onun qiymətləri ilə aşağıdakıcədvəldən tanış ola bilərsiniz:

ÖlkələrMiqdar (ton)Məbləğ (min ABŞ dolları)Bir ton üçün orta qiymət (ABŞ dolları)
İtaliya1 687 729.60932 715.48552,6
Almaniya409 959.01223 278.37544,6
Çexiya364 669.21202 264.30554,6
Xorvatiya338 948.76188 199.24555,2
Portuqaliya215 986.35109 076.82505
Rumıniya184 525.33104 822.29568
Böyük Britaniya130 604.9073 435.95562,3
Yunanıstan94 445.6952 588.25556,8
İrlandiya25 316.4512 426.28490,8
Türkiyə8 641.654 228.79489,4
Məqalədə:
Chosen
258
3
az.trend.az

4Sources