Məhkəmə Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaça 10 ay həbs cəzası verilib. 1news.az NTV-yə istinadən xəbər verir ki, məşhur ifaçı qanunsuz mərc oyunları oynama və təşviq etmə iddiaları ilə əlaqədar mühakimə olunurdu. Müğənni etdiyi cinayətdən peşman olduğunu bildirdiyi üçün həbs cəzası 1 il azaldılıb. Bununla belə ifaçı cəzasını həbsxanada çəkməyəcək. Eyni zamanda, Sərdar Ortaç 400 TL cərimələnib.