EN

RİA: Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində ələ keçirilən mövqelərdən geri çəkilməyə hazırlaşır

Ukrayna Silahlı Qüvvələrinin bir qrupu Kursk vilayətinin işğal olunmuş ərazilərindən geri çəkilməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın təhlükəsizlik orqanlarından məlumat verilib.

“Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ələ keçirilən mövqelərdən geri çəkilməyə hazırlaşmaq mərhələsindədir”, – mənbə qeyd edib.

O, həmçinin əlavə edib ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin aktiv fəaliyyətinə görə ciddi maddi-texniki çətinliklərlə üzləşirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində apardığı bütün hərbi əməliyyatlar ərzində 63 mindən çox əsgər itirib.

Chosen
296
50
nocomment.az

10Sources