EN

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə Yol Xəritəsinin icrasına başlanılıb (FOTO)

Bakı. Trend:

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçikvə Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi“Korporativ idarəetmə, investisiyalar və korporativ sosialməsuliyyət” İşçi Qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə(ESG) standartları üzrə” altqrupunun 2025-ci il üzrə ilk iclasıkeçirilib.

“Bakı KOB evi”ndə Komissiyanın və KOBİA-nın təşkilatçılığı iləkeçirilmiş iclasda müvafiq dövlət qurumlarının və özəl sektorunnümayəndələri, ekspertlər iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə KomissiyanınKatibliyinin rəhbəri, Azərbaycan Respublikası PrezidentininAdministrasiyasının İqtisadi siyasət vә sənaye mәsәlәlәri şöbәsininsektor müdiri Vüsal Şıxәliyev və KOBİA-nın İdarə Heyətinin sədriOrxan Məmmədov 2024-cü ildə ESG üzrə altqrupun fəaliyyətini vəgörülmüş tədbirləri müsbət qiymətləndiriblər.

Qeyd olunub ki, ESG ilə bağlı müxtəlif maraqlı tərəflərinməlumatlandırılması, təlimlərin təşkili, ayrı-ayrı sahələr üzrəqanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, metodoloji bazanıninkişaf etdirilməsi, şəbəkələşmə və s. kimi istiqamətlərdə işlərgörülüb. Bunlar arasında biznesin rəyi və ehtiyacları əsasındahazırlanmış ESG üzrə milli çərçivə standartı və “ESGhub.az”elektron platforması xüsusilə qeyd edilməlidir. Hər iki məhsul ESGprinsiplərinin geniş təşviqi və bu sahədə qarşıya qoyulmuşhədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Vurğulanıb ki,qarşıdakı dövrdə də ESG üzrə bir sıra tədbirlərin icrası nəzərdətutulur. Bu məqsədlə artıq ESG üzrə 2025-ci il üçün Yol Xəritəsitəsdiq edilib və icrasına başlanılıb.

İclasda “ESGhub.az” platforması və milli ESG standartına,SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələrinə, eləcədə 2025-ci il üzrə Yol Xəritəsinə dair təqdimatlar keçirilib.Bildirilib ki, ESG üzrə 2025-ci il üçün Yol Xəritəsində nəzərdətutulan tədbirlər üç mühüm istiqaməti əhatə edir. Bunlar ESG üzrəmilli standart və rəqəmsal platformanın effektiv istifadə edilməsivə onlardan mümkün qədər faydalanmaq, ESG üzr potensialınartırılması, təlim və məlumatlandırma tədbirləri ilə bağlıdır.

Tədbir çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitututərəfindən siyahısı təsdiq edilmiş ESG ilə əlaqəli müvafiqbeynəlxalq standartları ölkəmizdə tətbiq etmiş ilk şirkət olaraq“Ekvita”nın təcrübəsi dinlənilib.

Həmçinin, ESG prinsiplərinin təbliği və tətbiqində səmərəlifəaliyyətlərinə görə ABB, “Azercell Telecom” MMC, “Ekvita” şirkətivə Ülviyyə Əkbərovaya təşəkkürnamələr təqdim edilib.

Ekoloji,
Ekoloji,
Ekoloji,
Ekoloji,
Ekoloji,
Chosen
180
5
az.trend.az

5Sources