EN

Əbu-Dabidə Ərəb dünyası - Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək

Bakı. Trend:

BƏƏ-nin paytaxtı Əbu-Dabidə fevralın 26-da Ərəb dünyası –Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək.

Trend xəbər verirki, iki gün davam edəcək bu forum 4-cü “İnvestopia 2025”platforması çərçivəsində baş tutacaq.

Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini SəmədBəşirli, AZPROMO, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyi vəsəfirlik əməkdaşları təmsil edəcəklər. Forum Ərəb Ölkələri Liqasıvə BƏƏ İqtisadiyyat Nazirliyinin dəstəyi ilə təşkil olunur. Buradaərəb və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyat nazirləri, ərəbtəşkilatlarının rəhbərləri, eləcə də digər rəsmi və biznesnümayəndələri iştirak edəcəklər.

Forum çərçivəsində dəyirmi masalar və B2B görüşlər təşkilediləcək. Tədbir, Doha Bəyannaməsinə əsaslanaraq, ərəb ölkələri,Mərkəzi Asiya və Azərbaycan arasında iqtisadi və investisiyaəməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor və biznesdairələri arasında yeni əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədigüdür.

Forum BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayid Al Nəhyanınhimayəsi altında keçiriləcək 4-cü “İnvestopia 2025” platformasınınəsas tədbirlərindən biridir. Burada 51 dialoq sessiyası təşkilolunacaq və BƏƏ-də və digər ölkələrdə investisiya mühiti, maliyyətexnologiyaları, süni intellekt, dövriyyə iqtisadiyyatı, səhiyyə vədigər sahələrdə investisiya imkanları müzakirə ediləcək.

Eyni zamanda, forum iqlim texnologiyaları, dövriyyəiqtisadiyyatına keçid, inkişaf etməkdə olan bazarlara sərmayəqoyuluşu mövzusunda 15 dəyirmi masa toplantısına ev sahibliyiedəcək. Bundan başqa, “Ərəb-Çin Biznes Sammiti” və “Gələcəyin 100Şirkəti” adlı sahibkarlıq forumu da təşkil olunacaq.

Tədbir çərçivəsində hökumət başçıları, nazirlər, investorlar, işadamları, qərarvericilər və iqtisadi ekspertlərin çıxışlarıgözlənilir. Ümumilikdə 20-dən çox ölkədən 2 mindən çox nümayəndəniniştirakı nəzərdə tutulur.

Chosen
303
2
az.trend.az

3Sources