Bakı. Trend:
“Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası MaliyyəNazirliyinin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodludövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrackeçirilib.
Trend bubarədə Maliyyə Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, investorlar tərəfindən sözügedən ISIN kodludövlət istiqrazları üzrə ümumilikdə 27 milyon manat məbləğindəsifarişlər təqdim edilib və Azərbaycan Respublikasının MaliyyəNazirliyi tərəfindən həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyonmanat məbləğində dövlət istiqrazları vaxtından əvvəl gerialınıb.