Bakı. Trend:
Fevralın 25-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdəsəfərdə olan Pakistan İslam Respublikasının “Frontier WorksOrganization” şirkətinin Baş icraçı direktoru Abdul Samininbaşçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlıq imkanları,ortaq layihələrin icrası perspektivlərinin müəyyənləşdirilməsiməqsədilə keçirilən görüşdə Zakir İbrahimov əvvəlcə ölkələrimiz vəxalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütünsahələrdə yüksələn xətlə inkişaf etdiyini, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslamRespublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif tərəfindənstrateji əhəmiyyət kəsb edən bu əlaqələrin daha damöhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyatakeçirildiyini diqqətə çatdırıb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrəəldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları vədağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsitədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya vətexnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflıbəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrininicrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. O,bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalıqazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarısahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalıolacağına əminliyini ifadə edib.
“Frontier Works Organization” şirkətinin Baş icraçı direktoruAbdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yoltikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu vədigər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını,“AzerGold” QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgəgeoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətindəəməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlıolduqlarını qeyd edib.
Görüşün yekunu olaraq “AzerGold” QSC və “Frontier WorksOrganization” şirkəti arasında əməkdaşlığın konkretistiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrinaparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dairMəlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement)sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumununhazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.
Görüşdə, həmçinin “Frontier Works Organization” şirkətinin Başicraçı direktoru cari ilin aprel ayında keçiriləcək PakistanMineral İnvestisiya Forumunda “AzerGold” QSC-ni iştiraka dəvətedib.
QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dəvətə görətəşəkkür edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin qurumlararasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsibaxımından vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.