EN

Lavrov: Rusiya Ukraynada sülhməramlıların yerləşdirilməsini düşünmür– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Avropa İttifaqının sülhməramlı qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi variantlarını nəzərdən keçirmir. Bu barədə o, Dohada keçirilən danışıqlardan sonra mətbuat konfransında deyib.

Lavrov Fransa və Böyük Britaniyanın bu təşəbbüsünü münaqişənin dərinləşməsinə yönəlmiş addım kimi qiymətləndirib və Parisin sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı təklifini "hiyləgər siyasət" adlandırıb.

Bundan əlavə, Rusiya XİN rəhbəri Ukraynadakı münaqişənin təmas xətti üzrə "dondurulmasını" istisna edib və Ukraynanın bəzi qanunvericilik aktlarını "rasist" adlandıraraq onların ləğvini tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
359
7
olaylar.az

10Sources